Oxumaq və yazmaq zehni zəifləmə riskini təxminən 40% azaldır

Elmi araşdırmalar göstərir ki, oxumaq, yazmaq və yeni dillər öyrənmək kimi zehni fəaliyyətlər demans riskini təxminən 38% azalda bilər. Tədqiqat, dünya üzrə milyonlarla insanın bu üsullarla xəstəliyi önləyə və ya gecikdirə biləcəyini göstərir.

Demans, qlobal miqyasda ən böyük sağlamlıq təhdidlərindən biri sayılır. Dünya üzrə bu xəstəliklə yaşayan insanların sayı 2050-ci ilədək üç dəfə artaraq 150 milyonu keçəcəyi proqnozlaşdırılır. Mütəxəssislər bildirirlər ki, bu artım gələcək sağlamlıq və sosial baxım sistemlərinə ciddi təzyiq yaradacaq.

Chicago’dakı Rush Universiteti Tibb Mərkəzindən tədqiqatçı Andrea Zammit qeyd edir ki, irəliləmiş yaşlarda zehni sağlamlığı ömür boyu əldə olunan intellektual stimuldan güclü şəkildə təsirlənir. Araşdırma çərçivəsində başlanğıcda demansı olmayan, orta yaşı 80 olan 1 939 nəfər təxminən səkkiz il izlənib.

Tədqiqat iştirakçılarının həyatlarının üç mərhələsindəki zehni vərdişləri araşdırılıb:

18 yaşdan əvvəl: Kitab oxuma tezliyi, evdə qəzet və atlas kimi resurslara çıxış, xarici dil öyrənmə.

Orta yaş: Kitabxana kartı sahibi olmaq, muzey ziyarətləri və müxtəlif nəşrlərə abunəlik.

İrəliləmiş yaş: Oxumaq, yazmaq və oyun oynamaq fəaliyyətlərinin tezliyi.

Neurology jurnalında dərc olunan nəticələr göstərir ki, zehni baxımdan ən aktiv olan 10% qrup Alzheimer riskinin 38%, yüngül bilişsel pozğunluq riskinin isə 36% daha az olduğunu göstərir. Ömür boyu zehni zənginliyi ən yüksək olan şəxslərdə Alzheimer xəstəliyi orta hesabla 94 yaşında meydana çıxarkən, ən aşağı qrupda bu yaş 88-dir. Bu fərq xəstəliyin başlanğıcında 5 ildən artıq gecikmə deməkdir. Yüngül zehni pozğunluqlarda isə gecikmə 7 ilə qədər uzana bilər.

Araşdırma, ömür boyu öyrənmənin demans riskini tam dayandırdığına dair qəti sübut verməsə də, zehni fəaliyyətlərlə zehni sağlamlıq arasında güclü əlaqə olduğunu göstərir. Mütəxəssislər bildirirlər ki, demans yaşlanmanın qaçılmaz bir hissəsi deyil və kitabxanalar, təhsil proqramları kimi zənginləşdirici mühitlərə çıxış xəstəliyin görülmə tezliyini azalda bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki