Pərvin Abıyeva seriallara çəkilməməsinin səbəbini açıqlayıb.
Referans Media xəbər verir ki, Tarix Əliyevin (Tolik) “Səmimi” verilişində qonaq olan ifaçı hər məbləğə razılaşıb seriallara çəkilə bilməyəcəyini bildirib:
“Nə istədiyimi bilən adamam. Canıma, özümə dəyər verirəm. Zamanında yeni-yeni addım atanda hər kəs kimi görünmək, işləmək, tanınmaq adına bir çox seriallarda çəkilmişəm. 15 ildir səhnədəyəm. İndi durub hər təkliflə razılaşa bilmərəm. O serial elə bir büdcədə olmalıdır ki, təklifi qəbul edim”.
