“Qalatasaray”ın prezidenti Dursun Özbek 2026/27 mövsümünün “yol xəritəsi”ni müəyyənləşdirib.
Referans Media xəbər verir ki, 23 mayda keçiriləcək prezident seçkilərinə yeganə namizəd kimi qatılması gözlənilən Özbek seçkidə qalib gəldikdən sonra ilk addım olaraq baş məşqçi Okan Burukla 2 illik yeni müqavilə imzalamağı planlaşdırır.
Dursun Özbek 2022-ci ildən bu yana birlikdə çalışdığı Okan Burukla əməkdaşlığı daha 2 il davam etdirmək niyyətindədir.
Qeyd edək ki, “Qalatasaray”da prezidentlər 2 illik müddətə seçildiyi üçün tərəflər də əməkdaşlığı eyni müddətə uzatmaq istəyir.
Okan Buruk 2022-ci ildən bəri “Qalatasaray”ın baş məşqçisidir və bu müddətdə 3 Süper Liqa çempionluğu, 1 Türkiyə Kuboku və 1 Superkubok qazanıb. Komanda hazırda Super Liqanın lideridir və sona 3 tur qalmış əsas rəqibi “Fənərbağça”nı 7 xal qabaqlayır.























