"Qalatasaray"dan dünya futbolunu silkələyəcək transfer: İlkay Gündoğan da işə qarışdı!

Türkiyənin nəhəng klublarından olan "Qalatasaray" qış transfer dönəmində heyətini gücləndirmək üçün diqqətçəkən addım atmağa hazırlaşır.

Türkiyə mətbuatında yayılan məlumata görə, müdafiə xəttində yaşanan problemləri aradan qaldırmaq istəyən İstanbul təmsilçisi Liverpulun kapitanı Virgil van Deyki transfer gündəminə daxil edib.

Referans Media xəbər verir ki, 35 yaşlı niderlandlı müdafiəçinin "Liverpul"la müqaviləsinin mövsümün sonunda başa çatacağı bildirilir. Bu amilin mümkün transfer danışıqlarında "Qalatasaray" üçün müəyyən üstünlük yarada biləcəyi qeyd olunur.

İddialara görə, transfer prosesində İlkay Gündoğanın adı da ön plana çıxıb. Belə ki, İlkay Gündoğan və Virgil van Deyk eyni menecerlik şirkəti ilə çalışır. Bu əlaqənin mümkün keçid məsələsində rol oynaya biləcəyi vurğulanır.

"Qalatasaray"ın xüsusilə müdafiənin mərkəzində yaşanan çatışmazlıqları nəzərə alaraq qış transfer pəncərəsində təcrübəli futbolçu axtarışında olduğu bildirilir. Van Deykin həm müdafiədəki keyfiyyəti, həm də böyük oyun təcrübəsi səbəbindən İstanbul klubunun diqqətini çəkdiyi qeyd edilir.

Hazırda Van Deykin "Qalatasaray"a keçidi ilə bağlı rəsmi razılaşma yoxdur. Sözügedən məlumatlar transfer iddiası olaraq gündəmdədir və tərəflər arasında mümkün danışıqların necə nəticələnəcəyi qarşıdakı dövrdə bəlli olacaq.

Qeyd edək ki, Virgil van Deyk uzun illərdir "Liverpul"un əsas müdafiə dayaqlarından biri olmaqla yanaşı, komandanın kapitanıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki