“Qarabağ” bu hücumçunun keçidini reallaşdırdı – SON DƏQİQƏ

  «Qarabağ» bu gün növbəti transferini rəsmiləşdirib.

«Neftçi»dən ayrılan Ramil Şeydayevin yenidən Ağdam klubuna dönüşü reallaşıb.

Millinin hücumçusu «köhlən atlar»la 1+1 illik müqavilə imzalayıb.

29 yaşl forvard 2017-18 və 2021-23-cü illərdə “Qarabağ”ın şərəfini qoruyub.

Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya), “Buriram Yunayted”də (Tayland) də çıxış edib.

Azərbaycan çempionu cari mövsümə 6 yeni oyunçu ilə başlayıb.

  Bunlar Dani Bolt (“Torreense”, Portuqaliya), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya), Sami Mmaee (“Dinamo” Zaqreb – icarə), Joni Montiel (“Rayo Valyekano”, İspaniya) və Kamilo Durandır (“Portimonense”, Portuqaliya).  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki