“Qarabağ” klubu yeni transfer reallaşdırıb.
Referans xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, “Səbail”in gənc qapıçısı Nicat Məmmədzadə Ağdam klubuna keçib.
20 yaşlı qolkiper “Qarabağ”ın əvəzedici komandasına cəlb olunub.
Nicat “Səbail”in əsas komandasının üzvü olsa da, son mövsüm Premyer Liqada meydana çıxmayıb.
Qeyd edək ki, “Səbail”in Futbol Akademiyasının daha bir qapıçısı Sadiq Məmmədzadə ötən yay “Qarabağ”ın əsas komandasına cəlb olunub.