Qəza oldu, yol bağlandı

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki