image-6dohcbunrnxbdbxl39lhkpj9lucikjoizbtg2olx_1200backend

“Şamaxı” “Kəpəz”i məğlub etdi

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib. Günün ilk matçında “Şamaxı” “Kəpəz”i qəbul edib.

Referans Media xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0. 68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran “Şamaxı” 8-ci pillədə qərarlaşıb. “Kəpəz” 21 xalla onuncudur.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki