Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi: Müsəlman ölkəsində şok

Suriya ordusunda tam səfərbərlik elan olunduğu və məzuniyyətdə olan hərbçilərin xidmətə geri çağırıldığı bildirilir.

Referans Media xəbər verir ki, ölkənin İraq sərhədi boyunca yerləşən hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xüsusilə Deyr əz-Zor bölgəsində yerləşən Birinci Korpusun bütün hərbçilərinə bazalara qayıtmaq əmri verildiyi qeyd olunur.

Hərbi mənbələrin iddiasına əsasən, İraq sərhədi boyunca xidmət edən bölmələrdə döyüş hazırlığı ən yüksək səviyyəyə qaldırılıb.

Strateji əhəmiyyət daşıyan Deyr əz-Zor bölgəsində hərbi aktivliyin artdığı və əlavə təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir.

Hazırda bölgədəki vəziyyət gərgin olaraq qalır./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki