Suriya qoşunlarını İraq sərhədinə yerləşdirib

Suriya ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib və bölmələr İraq sərhədinə köçürülüb.

Referans Media xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" televiziyası mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Suriya Müdafiə Nazirliyi şəxsi heyətin maksimum döyüş hazırlığına gətirilməsini və Suriya-İraq sərhədi boyunca hərbi hissələrin yerləşdirilməsini əmr edib. Bu tədbirlərin səbəbləri barədə heç bir məlumat verilməyib.

Telekanalın məlumatına görə, bir neçə gün əvvəl Dəməşq Bağdadı Suriya-İraq sərhədi yaxınlığında İran tərəfindən dəstəklənən silahlı qrupların aşkar edilmiş fəaliyyəti barədə məlumatlandırıb.

Mənbənin sözlərinə görə, Suriya tərəfi İraq ərazisindən edilən hər hansı bir hücumun cavablandırılacağı barədə xəbərdarlıq edib və İraq hakimiyyətini öz ərazilərinin Suriyaya qarşı əməliyyatlar üçün istifadəsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb./Teleqraf 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki