Məhəmməd Salah “Trabzonspor”da

Türkiyənin "Trabzonspor" klubu misirli futbolçu Məhəmməd Salahın transferi ilə bağlı razılıq əldə edib.

Referans Media xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.

Trabzon təmsilçisi futbolçunun Yunanıstandan İstanbula gətirilməsi üçün sabah xüsusi təyyarə göndərəcək. Salahın İstanbulda klub prezidenti Ertuğrul Doğanla görüşəcəyi, daha sonra tibbi müayinədən keçəcəyi gözlənilir.

Məlumata görə, tərəflər arasında rəsmi sənədlər imzalandıqdan sonra 34 yaşlı hücumçu klub rəhbərliyi ilə birlikdə Trabzona yollanacaq.

Qeyd edək ki, Məhəmməd Salah son olaraq 2017-ci ildən 2026-cı ilədək "Liverpul"da çıxış edib.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki