Sibel Can evlənir: Mayamidə gizli toy iddiası gündəmdə

Türk musiqisinin sevilən simalarından biri olan Sibel Can ilə iş adamı Emir Sarıgül haqqında yeni evlilik iddiası ortaya atılıb. 

 

Referans Media Sfera.az-a istinadən xəbər verir ki, uzun müddətdir münasibətdə olduqları deyilən cütlüyün bu yay evlənməyə hazırlaşdığı iddia edilir.  

 

55 yaşlı Sibel Can və 45 yaşlı Emir Sarıgül son illərdə birlikdə keçirdikləri tətillər və münasibətləri ilə bağlı yayılan xəbərlərlə tez-tez maqazin gündəminə gəliblər. Bununla belə, cütlük indiyədək münasibətləri barədə ictimaiyyətə hər hansı açıqlama verməyib.  

 

Evlilik iddialarını yenidən gündəmə gətirən şəxs isə aparıcı Ece Erken olub. O, canlı yayımda “Sarıgül ailəsindən öyrəndiklərimi açıq şəkildə bildirirəm” deyərək, Sibel Can və Emir Sarıgülün yay aylarında ABŞ-nin Mayami şəhərində nikah masasına əyləşməyi planlaşdırdıqlarını iddia edib.  

 

İddialara görə, cütlük diqqətdən uzaq və daha məxfi bir mərasim keçirmək istədiyi üçün toy məkanı kimi Mayamini seçib. Lakin tərəflərdən bu xəbərlərlə bağlı hələlik nə təsdiq, nə də təkzib açıqlaması verilib.  

 

Maqazin dünyasında böyük maraq doğuran bu iddianın nə dərəcədə doğru olduğu yaxın aylarda məlum olacaq. Hazırda isə bütün diqqətlər Sibel Can və Emir Sarıgülün verəcəyi mümkün açıqlamaya yönəlib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki