Sosial media bu hadisəni danışır – 2 milyon dollar bağışladı, görüş qalmaqalla bitdi

Alis Rozenblum özünə milyonlarla dollar ianə edən izləyicisi ilə ilk dəfə üz-üzə görüşüb, lakin görüş qalmaqalla yekunlaşıb.

Referans Media xəbər verir ki, sosial media fenomeninə təxminən 2 milyon dollar ianə etdiyi bildirilən şəxs görüş zamanı qalmaqallı davranışları ilə diqqət çəkib.

İddialara görə, həmin şəxs Alis Rozenblumu görən kimi onun xarici görünüşü barədə təhqiredici ifadələr işlədib.

“Gerçək həyatda daha kök görünürsən” dediyi bildirilən izləyicinin sözləri gərginliyə səbəb olub.

Hadisənin daha sonra böyüdüyü, həmin şəxsin fenomenə fiziki təmas göstərməyə çalışdığı iddia edilir. Bunun ardından Alis Rozenblum sərt reaksiya verərək ətrafdakılardan kömək istəyib.

Məkanın təhlükəsizlik əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsi ərazidən uzaqlaşdırıblar.

Baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər fenomen-izləyici münasibətlərində sərhədlərin qorunmasının vacibliyini vurğulayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki