Türkiyədə aparılan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində bir sıra tanınmış simalar saxlanılıb və daha sonra məhkəmə qərarı ilə proses davam etdirilib.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda aktyor, müğənni, sosial media fenomenləri və reperlərin də olduğu çoxsaylı şəxslər barəsində araşdırma aparılıb.
Referans Media xəbər verir ki, saxlanılan şəxslər arasında Berkay Şahin, Onur Tuna, Feyza Civelek, Mabel Matiz və digər tanınmış adlar olub.
İstintaq çərçivəsində şübhəlilər tibbi yoxlamadan sonra məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə 10 nəfər barəsində ölkədən çıxış qadağası şəklində “məhkəmə həbsi” tədbiri tətbiq olunub.
Bəzi şəxslərə əlavə olaraq həftədə bir neçə gün imza vermə öhdəliyi də qoyulub. Bir nəfər isə həbs edilərək istintaq təcridxanasına göndərilib.
Rəsmilər əməliyyatın davam etdiyini və yeni saxlanmaların ola biləcəyini bildiriblər. İstintaqın narkotik maddələrin istifadəsi və yayılması ilə bağlı çoxşaxəli şəkildə aparıldığı qeyd olunur.
