Tamer Karadağlı səhnədə gözlənilməz reaksiya ilə qarşılaşdı - VİDEO

Tamer Karadağlı, Aspendos Antik Teatrında keçirilən festival açılışında çıxışı zamanı gözlənilməz reaksiya ilə qarşılaşıb.

Referans Media xəbər verir ki, Dövlət Teatrları tərəfindən təşkil olunan 16-cı Beynəlxalq Teatr Festivalının açılışında çıxış edən Karadağlı səhnəyə çıxaraq tədbirin əhəmiyyətindən danışıb.

O, çıxışında “Antalya bir səhnədir” və “mədəniyyətlərin birləşməsi” kimi mesajlar verib.

Lakin çıxış zamanı bəzi tamaşaçılar Karadağlıya etiraz edərək uğultu səsləri ilə reaksiyalar göstərib.

Hadisə Aspendos Antik Teatrında mobil telefon kameraları ilə qeydə alınıb və görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Festivalın açılış atmosferi bir anda gərginləşərkən, Karadağlının çıxışı yarımçıq reaksiyalarla müşayiət olunub.

Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama isə hələlik verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki