Tarkan pərəstişkarlarına müjdə verdi: Pulsuz konsert keçiriləcək

Türkiyənin məşhur müğənnisi Tarkan pərəstişkarlarını sevindirəcək xəbərlə gündəmə gəlib. Meqastar iyunun 5-də Ankarada böyük konsert proqramı ilə çıxış edəcək.

Referans Media xəbər verir ki, konsert Koç Topluluğunun 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunacaq. Uzun müddətdən sonra Ankarada səhnəyə çıxacaq sənətçinin çıxışı böyük maraq doğurub.

Tədbirlə bağlı daha bir sevindirici məqam isə məhdud sayda pulsuz biletlərin təqdim olunacaq olmasıdır. Pulsuz biletlərin paylanmasına iyunun 2-dən başlanılacağı bildirilib.

Təşkilatçılar yüksək maraq gözlənildiyini vurğulayaraq, bilet əldə etmək istəyənlərin onlayn növbə sistemini diqqətlə izləmələrini tövsiyə ediblər.

Konsertin minlərlə musiqisevəri bir araya gətirəcəyi və paytaxtda əsl bayram ab-havası yaradacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki