“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.
Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud əmr imzalayıb.
Əmrə əsasən, Tərlan Yəhyayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl AYNA-nın Parklanmanın Təşkili Departamentinin direktoru postunda çalışıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 13-də imzaladığı sərəncamla Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.
