Yağış dayanmır, fəsad böyüyür: Yol çökdü, 5 avtomobil yerə batdı - VİDEO

Hatayda son günlər təsirli olan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Antakya rayonunun Bağrıyanık məhəlləsində torpaq sürüşməsi və yol çökməsi baş verib, nəticədə park halında olan 5 avtomobil çuxura düşərək zərər görüb.

Referans Media xəbər verir ki, hadisə yerinə xilasedici və bələdiyyə briqadaları cəlb olunub. Əraziyə giriş məhdudlaşdırılıb, çökmənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Zərər görən avtomobillərin çıxarılması istiqamətində işlər davam edir.

Eyni bölgədə baş verən digər hadisədə isə güclü yağışlar nəticəsində sürüşmə qeydə alınıb. Dağ yamacında yerləşən bir ev uçub, nəticədə 1 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Rəsmilər bölgədə riskin davam etdiyini bildirərək sakinləri ehtiyatlı olmağa çağırıblar. Yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün işlər fasiləsiz davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki