“Yeraltı”nın ulduzu Bodrumda şou göstərdi – Devrim Özkanın adrenalin dolu görüntüləri gündəm oldu - VİDEO

“Yeraltı” serialının mövsüm finalı etməsindən sonra istirahətə yollanan məşhur aktrisa Devrim Özkan Bodrumda görüntülənib.

Referans Media xəbər verir ki, son dövrlər “Yeraltı” serialındakı uğurlu performansı ilə diqqət mərkəzində olan 27 yaşlı aktrisa gərgin iş qrafikindən sonra dostları ilə birlikdə istirahətə çıxıb.

Muğlanın Bodrum bölgəsində dincələn Devrim Özkan çimərlikdə vaxt keçirməklə kifayətlənməyərək, adrenalin dolu su idman növü olan "jetsurfinq"ə üstünlük verib. Məşhur aktrisa dənizdə motorlu sörf taxtası üzərində nümayiş etdirdiyi bacarığı ilə diqqət çəkib.

Özkanın sürət və balans tələb edən "jetsurfinq" zamanı sərgilədiyi performans həm sahildə olanların, həm də sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Aktrisa həmin anları şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qısa zamanda minlərlə bəyənmə və şərh toplayan görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, Devrim Özkan son illərdə rol aldığı layihələr və uğurlu aktyorluq performansı ilə Türkiyənin ən çox diqqət çəkən gənc aktrisalarından biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki