38 saxta diplom aşkarlanıb... - Tibb və səhiyyə ixtisasları üzrə

Son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb.

Referans Media xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin II rübü üzrə elektron bülletenində bildirilib.

Agentlik bu barədə məlumatların aidiyyəti dövlət qurumlarına göndərildiyini açıqllayıb.

Məlumata görə, 2025-ci ilin aprel ayından 2026-cı ilin yanvar ayına qədər 30 nəfər tanınma məqsədilə saxta diplom təqdim edib. Eyni zamanda, kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi müəyyən olunub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki