Rusiya futbol tarixinin ən çox qol vuran oyunçusu Artyom Dzyuba 2026-cı ilin ilk səkkiz ayında yol hərəkəti qaydalarını pozduğuna görə təxminən 100.000 rubl məbləğində cərimə ödəyib və 85 cərimə balı alıb.
Referans Media xəbər verir ki, bu barədə “Mash na Sporte” məlumat yayıb.
Mənbənin məlumatına görə, Dzyuba 11 məhkəmə qərarını ödəməyib və bu borcu 13 min rubl təşkil edir.
37 yaşlı futbolçu əsasən sürət həddinin aşılması, parklanma haqqının ödənilməməsi, ictimai nəqliyyat zolağında avtomobil idarə etməsi və pullu yollar üçün ödəniş etməməsi səbəbindən cərimələr alıb.
Qayda pozuntuları iki nəqliyyat vasitəsinə aiddir: “Mercedes-AMG GLS 63” və “Mercedes-Benz S-Class”.
“Akron”dan ayrıldıqdan sonra azad agent olan Dzyuba 2025-ci ildə 170 cərimə balı alıb.
