image-polis-doblobackend

9 evdən oğurluq etdi – TUTULDU

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN mətbuat xidmətindən Referans Media-ya verilən xəbərə görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki