Azərbaycan elminə AĞIR İTKİ 

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova vəfat edib.

Referans Media   xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Muzey direktoru uzun sürən xəstəlikdən dünyasını dəyişib. Məhrum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Kərimova Zəkiyyə Abbasəli qızı 1959-cu ildə Göyçə mahalının Ardanış kəndində anadan olub.

1977-ci ildə Ardanış kənd orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kitabxanaçılıq və biblioqrafiya fakultəsinə daxil olub. 1982-ci ildə həmin universiteti bitirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki