“Qalatasaray”, “İnter” və PSJ-nin keçmiş hücumçusu Mauro İkardinin agenti Letterio Pina 33 yaşlı futbolçunun Rusiya klubuna keçmə ehtimalı ilə bağlı açıqlama verib.
Referans Media xəbər verir ki, Pina “Sport24” müxbiri Vladislav Şapiro ilə söhbətində bildirib:
“Hazırda İkardi karyerasını Rusiyada davam etdirməyi düşünmür”.
İyulun əvvəlində İkardi Türkiyənin “Qalatasaray” klubu ilə müqaviləsinin müddəti bitdiyinə görə azad agent statusu alıb./Publika.az
