Bakı-Quba yolunda qəza: avtomobil yanacaqdaşıyan yük maşını ilə toqquşdubackend

Bakı-Quba yolunda qəza: avtomobil yanacaqdaşıyan yük maşını ilə toqquşdu

  Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans xəbər verir ki, hadisə zamanı “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki