Bakıda avtobusda sərnişin öldü

Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.

Referans Media  News24.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Binəqədi rayonu 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.

Əraziyə təcili yardım briqadası və prokurorluq əməkdaşları cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki