image-polis-doblobackend

Bakıda narkobaron saxlanıldı

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyat zamanı keçirilən axtarış tədbirləri nəticəsində şübhəlidən külli miqdarda narkotik vasitələr aşkar edilib. Belə ki, ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin götürülüb.

İlkin istintaq məlumatlarına əsasən, Z.Ələsgərov ifadəsində aşkar edilən narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki