Bu futbolçu “Neftçi”də 250 min maaş alacaq

“Şamaxı”dan ayrılan Rüfət Abbasovun karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.

Referans Media xəbər verir ki, U-21 millimizin müdafiəçisi “ağ-qaralar”la müqavilənin bütün detallarını razılaşdırıb. 21 yaşlı sol cinah oyunçusu paytaxt təmsilçisi ilə 3 illik sözləşməyə qol çəkəcək.

Abbasovun “Neftçi”dəki məvacibi də artıq məlumdur. Futbolçunun illik maaşı 250 min manat təşkil edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rüfət 2024-cü ildə bu klubdan “Şamaxı”ya keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki