Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turu start götürəcək.
Referans Media xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutacaq.
Turun ilk iki oyunu Bakı vaxtı ilə 20:45-də, qalanları 23-də başlayacaq. Erkən qarşılaşmalar Bakıda və İstanbulda təşkil olunacaq. "Sabah" "Borussiya Dortmund"u (Borussia Dortmund), "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) isə "bayquşların ötən həftə əliboş yola saldığı "Slaviya"nı (Slavia Praha, Slavia Prague) qonaq edəcək.
Gecənin mərkəzi oyunu isə Parisdə reallaşacaq. ÇL-in son qalibi PSJ (Paris Saint-Germain) "Barselona"nı (FC Barcelona, Barcelona) qəbul edəcək
20:45. Sabah (Azərbaycan) – Borussiya D (Almaniya)
20:45. Fənərbağça (Türkiyə) – Slaviya (Çexiya)
23:00. Mançester Siti (İngiltərə) - AEK (Yunanıstan)
23:00. Roma (İtaliya) – Slovan (Slovakiya)
23:00. Ştutqart (Almaniya) – Atletiko Madrid (İspaniya)
23:00. Portu (Portuqaliya) - PSV (Niderland)
23:00. Liverpul (İngiltərə) – Vilyarreal (İspaniya)
23:00. PSJ (Fransa) – Barselona (İspaniya)
23:00. Napoli (İtaliya) - Budyo Qlimt (Norveç)/Fanat.Az/
