Salah dayanmır! “Qalatasaray”a het-trik etdi, “Beşiktaş”ın da qapısına yol tapdı

Türkiyə Super Liqasında “Trabzonspor”un formasını geyinən misirli futbolçu Məhəmməd Salahın çıxışı dünya mətbuatının diqqətini çəkib. “Qalatasaray”la derbidə het-trik edən ulduz futbolçu “Beşiktaş”la qarşılaşmada da fərqlənib.

Referans Media xəbər verir ki, “Qalatasaray”la oyunda üç qol vuraraq matçın qəhrəmanına çevrilən misirli hücumçu yüksək formasını “Beşiktaş”la görüşdə də davam etdirib. Çətin qarşılaşmada rəqib qapısına yol tapan Salah “Trabzonspor” azarkeşlərini sevindirib.

Salahın Türkiyədəki uğurlu çıxışı yalnız yerli mətbuatın deyil, beynəlxalq idman mediasının da diqqətini çəkib.

İngiltərənin “The Sun” qəzeti təcrübəli futbolçunun derbilərdəki performansına diqqət çəkərək onun “Qalatasaray”dan sonra “Beşiktaş” azarkeşlərini də məyus etdiyini yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki