“Qarabağ” yenə tarix yazdı: “Kopenhagen”i də məğlub etdi – YENİLƏNDİ

  UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başa çatıb.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.

Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.

Komanda I turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2.

Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada “Atletik”ə (Bilbao) qarşı keçirəcək.

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.

Referans xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb – 2:0.

83-cü dəqiqədə Emmanuel Addai qola imza atıb.

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.

Referans bildirir ki, Azərbaycan təmsilçisi hesabda öndədir – 1:0.  

 ***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” – “Kopenhagen” oyununda ikinci hissə başladı.

Referans xəbər verir ki, Ağdam təmsilçisi Abdullah Zubirin qolu sayəsində hesabda öndədir.  

  UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununda ilk hissə başa çatıb.

Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın fasiləsinə Ağdam təmsilçisi 1:0 hesablı üstünlüklə yollanıb

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” – “Kopenhagen” oyununda hesab açılıb.

Referans xəbər verir ki, qolu 28-ci dəqiqədə Abdullah Zubir vurub.  

  UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başlayıb.Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 20:45-də start götürüb .

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.  

  UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək “Qarabağ” və Danimarkanın “Kopenhagen” kollektivlərinin start heyətləri bəlli olub.

Referans xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

“Kopenhagen”: Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki