Cümşüdün dostu danışdı: “Bir-iki dəqiqə səsi gəlib, kömək istəyib”backend

Cümşüdün dostu danışdı: “Bir-iki dəqiqə səsi gəlib, kömək istəyib”

İyunun 26-da Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyidi tapılıb.

Hadisə ilə bağlı isə onun axtarışları zamanı yaxınları jurnalistlərə açıqlama veriblər. “Cavan insan idi. Hadisə şahidlərindən eşitdiyimizə görə, quyuya düşəndən sonra bir-iki dəqiqə səsi gəlib, kömək istəyib, sonra isə səs kəsilib. Neçə gündür ki, axtarışlar davam edir. Ötən hər saat bizi ümidsizliyə aparsa da, tapılacağına inanırıq”, − deyə C.Cümşüdlünün dostu söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki