image-din-gerbbackend

DİN-dən əməliyyat

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yanvarın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 7 qumbara, 2 alışdırıcı, 66 tüfəng, 14 patron darağı və 375 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki