DİN Yardımlıda əməliyyat keçirdi: Tutulanlar arasında qadın da var – FOTObackend

DİN Yardımlıda əməliyyat keçirdi: Tutulanlar arasında qadın da var – FOTO

  Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri

nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.

Referans xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan 3 kiloqram

marixuana aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər məhkum olunmuş 43 yaşlı Natiq Mirzəyev olduğu

müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Mirzəyevin Yardımlı rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətdiyi 3 kiloqram marixuana aşkarlanaraq

götürülüb.

Araşdırmalarla onların İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotikləri maddi gəlir qarşılığında paytaxt ərazisindəki ayrı-

ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki