Azərbaycan Mərkəzi Bankı (AMB) saxta pul reproduksiyalarının yayılması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. Bildirilib ki, son dövrlər ölkə ərazisində pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.
Ümumiyyətlə saxta pullarla bağlı necə mübarizə aparılmalıdır? Əgər vətəndaşa saxta pulla aldadılıbsa burada cinayət məsuliyyəti necə müəyyənləşdirilir? Saxta pulları həqiqi pullardan necə ayırd etmək lazımdır?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bildirib ki, Mərkəzi bankın qeyd etdiyiniz açıqlanması olduqca ciddi məsələdir. Ölkənin iqtisadi və dövlət təhlükəsizliyi çox önəmli mahiyyət kəsb edir. Bilindiyi kimi məhz saxta pullarla ölkə iqtisadiyyatına ciddi zərbə vurmaq olar və bu baxımdan da belə bir hadisələrin qarşısını alınması üçün həm mərkəzi bank, həm müvafiq hüquq mühafizə orqanları ortaq monitorinqlər təşkil etməlidirlər və orta monitorinqlərdə ardıcıl şəkildə dövri olaraq dövriyyədə saxta pul əskinaslarının olub olmamasını müəyyən etməlidirlər. Çünki həm milli, həm də xarici valyutaların mübadilə yerlərində, ümumiyyətlə götürdükdə ticarət vasitələrində əksər hallarda onların yoxlanılması baş vermir. Bu da təbii ki, çox ciddi bir təhlükədir. Beynəlxalq təcrübədə biz buna rast gəlmişik ki, bütün ticarət müəssisələrində xarici valyutanın həqiqiliyini yoxlayan müvafiq aparatlar və maşınlar mövcuddur. O cümlədən yerli valyutanı da bu maşınlarla IT proqramı çərçivəsində proqramlaşdırılmış aparatlar vasitəsilə yoxlamaq imkanı var və proqrama verilmiş tapşırığa əsasən hər bir pul vahidinin və öz üzərində olan təhlükəsizlik kodları iti proqramı ilə qeyd olunan maşınlara və ya aparatlara yazılır və onlar tərəfindən saxta əskinaslar olduqda bu müəyyən edilir.
Vüqar Oruc onu da bildirib ki, saxta əskinaslarla bağlı eyni zamanda əhali ciddi şəkildə maarifləndirməlidir. Çünki azərbaycan ictimayyəti bu barədə kifayət qədər məlumata malik deyil deyə müsahibimiz əlavə edib. Həm xarici valyutanın, xüsusən də Amerika Birləşmiş Ştatları dolların həm yerli yəni milli valyutanın adı camaatın hansı əlamət və keyfiyyət göstəricilərinə malik olduğu barədə ciddi şəkildə maarifləndirmə işinin aparılmasına çox böyük ehtiyac var. Məsələn, məsələn relyef çap üsulundan istifadə olunması, halaqramın pul əskinaslarının üzərində olması, eyni zamanda mikro yazılar vasitəsi ilə yazıların yerləşdirilməsi. Bundan əlavə müxtəlif əskinasların künclərində rəngini dəyişən elementlərin olması və bu kimi keyfiyyətlər barədə əhaliyə ciddi və ətraflı məlumat verilməlidir ki, onlar hər hansı bir saxta olmaq ehtimalı olan əskinasla qarşılaşdıqda hüquq mühafizə orqanlarına müraciət etsinlər. Bir çox hallarda vətəndaşlarımız ehtiyatlı davranırlar. Belə bir hal ilə qarşılaşanda düşünürlər ki, onların hüquq mühafizə orqanlarına təqdim olunması həmin şəxslərdə hər hansı bir hüquqi və yaxud cinayət məsuliyyəti yarada bilər.
“Əslində əgər valyutanı təqdim olunması mənbəsi aşkarlasa, həmin mənbə cinayət məsuliyyəti daşıyır və 3 ildən 7 ilə qədər ilk dəfə aşkar olunduqda cinayət hadisəsi ikinci dəfə və qrup halında olduqda isə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir. Vətəndaşlar isə heç bir məsuliyyət daşımır. Sadəcə onlar ərizə ilə müvafiq instansiyaya müraciət edirlər və hüquq-mühafizə orqanlarına bu valyutanın əldə etdikləri mənbəni göstərməklə həmin valyutanın qarşılığında real valyuta milli valyuta və ya xarici valyuta əldə olunması üçün zərərçəkmiş qismində çıxış edir”, – deyə ekspert qeyd edib.
Şahverdiyeva Elena
Referans