ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu”nun (G7) İran və İsraillə bağlı bəyanatını imzalamayıb.
Referans xarici mediaya istinadən xəbər verir ki, Tramp administrasiyası hələlik bu barədə heç bir açıqlama yaymayıb.
Qeyd edək ki, Kanadada keçirilən “Yeddilik Qrupu” sammitinin layihə bəyanatında İranın heç vaxt nüvə silahı əldə etməməli olduğu və sənədin surətinə əsasən, İsrailin özünü müdafiə hüququna malik olduğu vurğulanır. Bəyanat regional sabitlik naminə eskalasiyaya son qoymağa çağırır və G7-nin enerji bazarlarında sabitliyi təmin etmək üçün işləməyə hazır olduğunu bəyan edir./publika.az