Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana keçdi – FOTObackend

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana keçdi – FOTO

  Rusiya, Belarus, İspaniya və digər ölkələrin vətəndaşları kiçik qruplar şəklində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

Referans xəbər verir ki, təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.

Bu gün axşama doğru intensivlik müşahidə olunur. Qeyd edək ki, təxliyə edilənlər ölkələrinə qayıtmaları üçün avtobuslarla hava limanına aparılır. Hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub.  

 ***

Bir qrup Belarus Respublikası vətəndaşlarının Azərbaycan Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçidi başlayıb.

Referans xəbər verir ki, qrup üzvləri arasında azyaşlılar da var.

Qeyd edək ki, gün ərzində Azərbaycan dövləti vasitəsilə öz ölkələrinə getmək istəyənlərin təxliyəsi davam edir.  

7e9f6b54 eabd 36ed 8521 fe2319d95c1e 850 611a505b e255 3ab6 ab7c b4c23b4319b0 850 e8d14b6d fd40 3ac1 b2e2 6ce37c225ede 850



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki