Dünya ŞOKDA: Məşhur aparıcıya ölüm hökmü verildi - FOTO

Misir mətbuatında səslənən son məlumatlara görə, ölkənin tanınmış televiziya simalarından biri ağır cinayət işində təqsirli bilinərək ən ağır cəzaya məruz qalıb.

39 yaşlı məşhur aparıcı və prodüser Sara Xəlifə beynəlxalq miqyaslı narkotik ticarəti şəbəkəsində iştirak etdiyinə görə məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilib.

Referans Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, Qahirə Cinayət Məhkəməsinin qərarı ilə Sara Xəlifə ilə yanaşı daha 11 nəfər barəsində də edam hökmü çıxarılıb. Ümumilikdə 28 nəfərin mühakimə olunduğu bu irimiqyaslı məhkəmə prosesində digər təqsirləndirilən şəxslərdən 9 nəfərinə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib, 7 nəfər isə məhkəmənin qərarı ilə bəraət alıb.

İstintaq materiallarından məlum olub ki, zərərsizləşdirilən cinayətkar qruplaşma sintetik narkotiklərin istehsalı üçün zəruri olan xammalın xaricdən Misirə qaçaqmalçılıq yolu ilə gətirilməsini, daha sonra isə ölkə daxilində gizli laboratoriyalarda istehsal və satışını həyata keçirirmiş. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 750 kiloqramdan çox narkotik vasitə və onların istehsalında istifadə olunan xammal müsadirə edilib.

İstintaqın gedişatında müəyyən edilib ki, teleaparıcı Sara Xəlifə qruplaşmanın maliyyə mənbələrini təmin edənlərdən biri olub. İttihama görə, o, xaricdən xammalın alınması üçün pul vəsaiti ayırıb, bundan başqa, şəxsən xarici ölkələrə səfərlər edərək dəstənin üzvləri ilə görüşüb və qadağan olunmuş maddələrin Misirə daşınması prosesini əlaqələndirib.

Məhkəmə prosesi zamanı 20-dən çox şahidin ifadəsi dinlənilib, həmçinin təqsirləndirilən şəxslərin elektron yazışmaları, foto və video materialları kimi rəqəmsal sübutlar araşdırılıb. Bəzi dəstə üzvlərinə isə narkotiklə yanaşı, qanunsuz olaraq odlu silah və sursat saxlamaq ittihamları da irəli sürülüb.

Qeyd edək ki, edam edilən Sara Xəlifə Misir tamaşaçısına daha çox hüquq-mühafizə sisteminin fəaliyyəti və cinayət işlərinə həsr olunan populyar "Mümkünsüz missiya" verilişinin aparıcısı və prodüseri kimi tanınır idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki