backend

Dünyanın ən bahalı klubları bilindi – SİYAHI

Dünyanın ən bahalı idman klublarının siyahısı açıqlanıb.

Referans Media  xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Siyahıda “Real Madrid”, “Barselona”, “Mançester Yunayted” və “Liverpul” yer alıb.

“Real Madrid” ötən illə müqayisədə səkkiz pillə geriləyərək 20-ci yerdə (6,75 milyard dollar), “Mançester Yunayted” 10 pillə geriləyərək 24-cü yerdə (6,6 milyard dollar), “Barselona” 20 pillə geriləyərək 42-ci (5,65 milyard dollar), “Liverpul” isə 21 pillə geriləyərək 48-ci (5,4 milyard dollar) yerdədir.

Qeyd olunur ki, klubların qiymətləndirilməsi müəssisənin dəyərinə əsaslanır və bura stadionun iqtisadi göstəriciləri və komandaya məxsus regional idman şəbəkələrinin yayım hüquqlarından əldə edilən gəlirlər daxildir.

Lakin hesablamaya bu şəbəkələrin faktiki dəyəri, eləcə də digər idman aktivləri və layihələrindəki paylar daxil edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki