“El-Klasiko” öncəsi “Real Madrid”ə pis xəbər: Vinisius oynamayacaq

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior İspaniya Futbol Federasiyası tərəfindən 4 oyunluq diskvalifikasiya cəzasına məruz qalıb.

Referans Media xəbər verir ki, cəzaya səbəb futbolçunun “Vilyarreal”la qarşılaşmada rəqib oyunçu Natan Salibanın saçını dartaraq qırmızı vərəqə alması olub.

“El-Klasiko”da iştirak etməyəcək

Bu cəza səbəbindən Vinisius “Sevilya”, “Barselona”, “Rasinq Santander” və “Valensiya” ilə oyunlarda meydana çıxa bilməyəcək. Beləliklə, braziliyalı ulduz oktyabrın 25-də “Kamp Nou”da keçiriləcək “El-Klasiko”nu da buraxacaq.

Hadisə necə baş verib?

“Vilyarreal”la matçda Vinisiusun qolu ilə nəticələnən epizod VAR vasitəsilə yoxlanıldıqdan sonra ləğv edilib. Baş hakim İsıdro Dias de Mera braziliyalı futbolçunun Natan Salibanın saçını dartdığını müəyyənləşdirərək ona qırmızı vərəqə göstərib.

Vinisius qarşılaşmadan sonra sosial şəbəkə hesabında komanda yoldaşlarından və “Real Madrid” azarkeşlərindən üzr istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki