“Fənərbaxça” İngiltərədə çökdü – Azarkeşlər günahkarı müəyyənləşdirdi

UEFA Çempionlar Liqasında “Fənərbaxça” İngiltərədə “Aston Villa”ya 0:6 hesabı ilə məğlub olub. Ağır məğlubiyyət  İstanbul təmsilçisinin azarkeşlərinin narazılığına səbəb olub.

Referans Media xəbər verir ki, matç boyunca rəqibinin sürətli oyununa qarşılıq verməkdə çətinlik çəkən “Fənərbaxça” ilk hissədə qapısında ardıcıl qollar görüb. Komandanın meydandakı zəif çıxışı azarkeşlərin kəskin reaksiyası ilə qarşılanıb.

Məğlubiyyətdən sonra əsas tənqid hədəfi baş məşqçi İsmayıl Kartal olub. Onun start heyəti seçimi, yarımmüdafiə xəttinin quruluşu və bəzi futbolçulara güvənməkdə davam etməsi müzakirələrə səbəb olub.

Qarşılaşmada beşinci qolun vurulmasından sonra stadiondakı bir qrup azarkeş İsmayıl Kartalı istefaya çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki