İsmail Yüksək üçün kabus gecəsi – 2 qolda səhv etdi, penaltiyə səbəb oldu

“Fənərbaxça”nın yarımmüdafiəçisi İsmail Yüksək UEFA Çempionlar Liqasında “Aston Villa” ilə qarşılaşmada uğursuz çıxışı ilə diqqət çəkib.

Referans Media xəbər verir ki, İngiltərə təmsilçisinə 0:6 hesabı ilə məğlub olan İstanbul klubunun futbolçusu rəqibin iki qolunda səhvlərə yol verib, üstəlik, penaltiyə səbəb olub.

Nqolo Kantenin ağrıları səbəbindən riskə edilməməsindən sonra start heyətində meydana çıxan İsmail Yüksək matç ərzində 64 dəfə topla təmasda olub və 40 dəqiq ötürmə verib. Lakin yarımmüdafiəçi oyunda gözlənilən töhfəni verə bilməyib.

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal 69-cu dəqiqədə əvəzetməyə əl atıb. İsmail Yüksək meydanı tərk edib, onun yerinə Bartuğ Elmaz oyuna daxil olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki