“Fənərbaxça”nın ulduzu susmadı – Ağır məğlubiyyətə görə komandasını tənqid etdi

“Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyar komandasının UEFA Çempionlar Liqasında “Aston Villa”ya 0:6 hesabı ilə məğlubiyyətini utancverici adlandırıb.

Referans Media xəbər verir ki, Slovakiyalı futbolçu oyundan sonra komandanın çıxışını tənqid edib və ciddi səhvlərə yol verdiklərini bildirib.

“Üzümüzü göstərməli, gizlənməməliyik. Bugünkü hesab bizim üçün utancverici idi. Belə oynamamalı, top itkilərinə yol verməməliyik. Səviyyəmizi yüksəltməliyik. Çempionlar Liqasında hər detalın bədəlini ödəyirsən. Bu gün çox böyük səhvlər etdik”, – deyə Şkrinyar vurğulayıb.

Müdafiəçi ilk hissədə komandanın bir neçə real qol fürsəti qazandığını, lakin onlardan yararlana bilmədiyini söyləyib. O, fasiləyə 0:3 hesabı ilə geridə yollanmağın çətin olduğunu, rəqibin növbəti qolundan sonra isə vəziyyətin daha da ağırlaşdığını qeyd edib.

Şkrinyar komandanın toparlanmasının vacibliyini vurğulayaraq həm futbolçuları, həm də məşqçi heyətini birlikdə çalışmağa çağırıb. O bildirib ki, “Fənərbaxça” qarşıdakı çempionat matçına hazırlaşmaq üçün səhvlərindən nəticə çıxarmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki