Goranboyda piyadanı maşın VURDUbackend

Goranboyda piyadanı maşın VURDU

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans “Unikal”a istinadla xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ə.Mərdanovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada – Yeniyol kənd sakini, 1955-ci il təvəllüdlü N.Aslanovu vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki