Gürcüstanda ova gedən azərbaycanlının meyiti tapıldı – FOTO

Gürcüstanın Marneuli bələdiyyəsinin ərazisində itkin düşən azərbaycanlının meyiti tapılıb.

Yanvarın 18-i Qızılhacılı kəndində ov məqsədilə evdən çıxaraq dağlıq əraziyə yollanan 83 yaşlı Fəhrəd Namazov itkin düşüb.

Bu gün səhər saatlarında yerli sakinlərin apardığı axtarışlar nəticəsində onun meyiti tapılıb.

Araşdırma aparılır./qafqazinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki