İranda neft tanker partlayıb, on nəfər ölüb

İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.

Referans Media IRIB-yə istinadən xəbər verir ki, yanacaq tankerinin partlaması nəticəsində on nəfər həlak olub.

Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc - Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki