İranda xəyanət şübhəsi: Xamenei son görən şəxs “möcüzəvi” şəkildə sağ qaldı

İran dini lideri Ayətullah Əli Xameneinin öldürüldüyü son ABŞ-İsrail əməliyyatından dəqiqələr əvvəl korpusu tərk edən Qüds Qüvvələri Komandanı İsmayıl Kaani, yenidən casusluq və xəyanət şübhələrinin mərkəzindədir.

Referans Media xəbər verir ki, Kaani, daha əvvəl Hizbullah lideri Həsən Nəsrullaha edilən sui-qəstdən və digər bombardmanlardan qısa müddət əvvəl binanı tərk etmişdi. Son əməliyyatlarda da Xamenei ilə görüşünü yalnız dəqiqələr əvvəl bitirərək ərazidən uzaqlaşdığı iddia edilir.

Tehrandakı korpusa koordinasiyalı hava hücumu nəticəsində böyük dağıntılar olub. Əməliyyat aylarla davam edən kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirilib: peyk izləməsi, siqnal kəşfiyyatı və yerli agentlərdən gələn məlumatlar birlikdə istifadə edilib.

ABŞ-ın açıqlamasına görə, əməliyyat İran daxilində “yüksək etibarlı mənbələrdən” gələn məlumatlarla təsdiqlənib.

Kaani kimdir?

1957-ci ildə Məşəddə anadan olub. 1979-cu il inqilabından sonra İnqilab Qvardiyasına qoşulub və İran-İraq Müharibəsində ön sıralarda iştirak edib. Qüds Qüvvələri çərçivəsində əsasən Əfqanıstan və Pakistan üzrə fəaliyyət göstərib. Milis qruplarla əlaqələri səbəbilə ABŞ sanksiya siyahısına daxil edilib.

“Möcüzəvi” sağ qalmaları şübhələri artırır

Kaani, bir çox kritik bombardmanlardan qısa müddət əvvəl yerini tərk etməsi ilə tanınır: Suriya əməliyyatlarında yüksək rütbəli komandirlərin vurulduğu binadan son anda çıxdı. Nəsrullah sui-qəsti öncəsi hədəf alınan ərazini tərk etdi. 12 günlük müharibədə yüksək səviyyəli hərbi zirvənin hədəfi olarkən toplantıdan erkən ayrıldı. Bu son hadisələr İsmayıl Kaaninin İran daxilindəki rolunu və “möcüzəvi” sağ qalmasını yenidən gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki