"Fənərbaxça" transferdə sərhəd tanımır: "Arsenal"ın braziliyalı ulduzu Super Liqaya gəlir

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Fənərbaxça" növbəti sürpriz hədəfi müəyyənləşdirib. İddialara görə, İstanbul təmsilçisi "Arsenal"ın braziliyalı cinah oyunçusu Qabriel Martinellini transfer siyahısına daxil edib.

Referans Media xəbər verir ki, 25 yaşlı futbolçu ilə İtaliya nəhəngləri "Roma" və "Yuventus" da yaxından maraqlanır. Xəbərdə bildirilir ki, "Fənərbaxça" da Martinellinin transfer vəziyyətini diqqətlə izləyən klublar sırasındadır.

Qabriel Martinelli 2026-cı il FIFA Dünya Çempionatında Braziliya millisinin heyətində çıxış edib. O, turnirdə meydana çıxdığı 4 oyunda 1 qola imza atıb.

Hazırda 45 milyon avro bazar dəyərinə malik olan braziliyalı futbolçunun "Arsenal"la müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.

Karyerasına Braziliyanın "İtuano" klubunun akademiyasında başlayan Martinelli 2019-cu ilin yayında 7,1 milyon avro qarşılığında "Arsenal"a transfer olunub. O, Braziliya millisinin heyətində bu günə qədər 27 oyuna çıxaraq 5 qol vurub.

"Fənərbaxça"nın bu transferi reallaşdırıb-reallaşdıra bilməyəcəyi hələlik bəlli olmasa da, klubun dünya səviyyəli futbolçulara maraq göstərməsi transfer bazarında diqqət çəkməyə davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki