UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orxus" (Danimarka) - "Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.
Bu barədə Referans Media-ya Bakı klubundan məlumat verilib.
Buna səbəb Orxus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.
Məlumat üçün "Orxus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.
***
UEFA Çempionlar Liqasının III tənsifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Danimarkanın "Orhus" və "Sabah" kollektivlərinin start heyətləri bəlli olub.
Referans Media xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Orhus": Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (K)
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris
Qeyd edək ki, "Orhus" - "Sabah" görüşü bu gün saat 20:30-da Ranners stadionunda start götürəcək.//Publika.az
