image-1773983706_photo_2026-03-20_09-06-49-3backend

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media Bizim.Media-nın Aran bürosuna istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.

Belə ki, Hyundai və VAZ 21099 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-ın sürücüsü 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Avtomobillərdə olan digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hadisə yerinə DİN-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki